G7 sammiti başa çatdı – İtaliyada

İtaliyanın Taormina şəhərində G7 ölkələrinin sammiti başa çatıb.

Sammitin yekun bəyannaməsi qəbul edilib. Bəyannamədə terrorizmlə və ekstremizmlə mübarizənin vacibliyi qeyd edilir.

Ekspertlər hesab edirlər ki, bu sammit əsas problemlərin həlli üçün konkret qərarların olmaması baxımından əvvəlkilərdən daha faydasızdır. İndi bütün diqqət G20-nin Hamburqda keçiriləcək toplantısına yönəlib.

Xatırladaq ki, G7-nin sammitində ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Almaniya və Yaponiya rəhbərləri iqlim dəyişikliyi, miqrasiya böhranı, terrorizmlə, Afrika ölkələrində aclıqla və epidemiya ilə mübarizə və s. məsələləri müzakirə ediblər.

About Author