Türkiyədə 29 PKK-çı öldürüldü
Türkiyənin şərqində yerləşən Ağrı vilayətində dünən keçirilən antiterror əməliyyatı nəticəsində azı 29 PKK silahlısı öldürülüb. Əməliyyatın gedişində həmçinin 3 hərbçi və 1 gözətçisi həyatını itirib. Bölgədə əməliyyat hazırda da davam edir.
Anadolu informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə mayın 26-da vilayət administrasiyasından bildiriblər.
“PKK silahlıları Van-Çaldıran avtomobil yolunda 3 yük maşınını yandırdıqdan sonra jandarmeriyanın xüsusi təyinatlı bölmələri əməliyyata başlayıb. Döyüşlər nəticəsində 29 silahlı öldürülüb, 3 jandarmeriya əməkdaşı və 1 təhlükəsizlik qoruyucusu həyatını itirib”, – məlumatda deyilir.
Xatırladaq ki, 2015-ci ilin iyul ayında silahlı münaqişənin yenidən başlamasından sonra PKK silahlılarının hücumu nəticəsində 900-dək hərbçi və polis, həmçinin 300 mülki şəxs həlak olub. Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, bu dövr ərzində təhlükəsizlik qüvvələri 10 min nəfərdən çox PKK üzvünü zərərsizləşdirib.