Rusiyada yanğınlar: 2 ölü, 500-dən çox insan evsiz qaldı
Rusiyanın Krasnoyarsk diyarında baş verən genişmiqyaslı yanğınlar nəticəsində 2 nəfər ölüb, 500-dən çox insan evsiz qalıb.
Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Yanğın 5 yaşayış məntəqəsini əhatə edib, ən çox Kansk şəhərinə ziyan vurub. Alov küçələri, evləri, məişət obyektlərini məhv edib. Son məlumatlara görə, 150-yə yaxın ev yanıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyi təyyarələrin və xüsusi texnikaların köməyi ilə alovla mübarizə aparır. Güclü külək və quru hava yanğının daha da genişlənməsinə səbəb olur.